Bakı-Qazax yolunda ata qəza törətdi, oğlu yaralandı

10:15 - 3 Dekabr 2021 - HADİSƏ

Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Hadisə Yevlax rayonunun Səmədabad kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" və "VAZ-2110" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Fəxrəddin Hacıyevin oğlu, 2000-ci il təvəllüdlü oğlu Ayxan Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Unikal

Xəbər xətti