Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Hadisə Yevlax rayonunun Səmədabad kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" və "VAZ-2110" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Fəxrəddin Hacıyevin oğlu, 2000-ci il təvəllüdlü oğlu Ayxan Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///Unikal