Abşeronda 31 yaşlı qadını avtomobil vurub
08:25 - 3 Dekabr 2021 - HADİSƏ
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində baş verib. Avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Məmmədova Müjgan Elxan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.