Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 31 yaşlı qadını avtomobil vurub

08:25 - 3 Dekabr 2021 tarixində dərc olunub.
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində baş verib. Avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Məmmədova Müjgan Elxan qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: