“Helikopter 150-200 metr hündürlükdə... ” - DSX-nin yaralı zabiti

19:09 - 1 Dekabr 2021 - Cəmiyyət

“Uçuş zamanı helikoterdə nə nasazlıq olub, nə də ki helikopterə aid hər hansısa məhdudiyyəti aşma halı olub”.

Bunu Oxu.Az-a Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O, helikopterin uçduğu hündürlüyün məsafəsini açıqlayıb:

“Hava şəraiti də normal idi. Helikopter normal hündürlükdə – təxminən 150-200 metr hündürlükdə uçurdu. Ancaq qəzanın baş verdiyi eniş zamanı hündürlüyü dəqiq deyə bilmərəm.

Sərnişin kabinəsində olduğum üçün pilotun hansı manevrlər etdiyini deyə bilmərəm”.

Xəbər xətti