Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb

08:28 - 1 Dekabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bahar qəsəbəsində 2005-ci il təvəllüdlü Hüseynova Kimya Faiq qızı 161 saylı sərnişin avtobusundan yerə yıxılıb. K.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti