Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi

19:27 - 30 Noyabr 2021 - Xəbər

“Can Azərbaycanda baş verən hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyirəm”.

Bu sözləri Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım sosial şəbəkə hesabında yazıb.

“Rəbbim yaralılarımıza tezliklə şəfa versin. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - deyə B.Yıldırım bildirib.

 

Xəbər xətti