Bu şəxslərə tələbə krediti verilməyəcək

"Təhsil tələbə krediti yalnız təhsil haqqı üçün nəzərdə tutulub".

Bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.
Onun sözlərinə görə, xarici ölkələrdə təhsil kreditinin yaşayış, nəqliyyat və digər xərclər üçün xərclənməsi təcrübəsi var: “Gələcəkdə bu halların bizim sistemdə də istifadəsi mümkün ola bilər. Həm özəl, həm də dövlət ali məktəblərində təhsil alan tələbələr təhsil tələbə kreditindən istifadə edə bilərlər. Bir şərt var ki, tələbə əyani təhsil almalıdır. Ancaq Azərbaycanda təhsil alan əcnəbilər, eyni zamanda xaricdə təhsil alan Azərbaycan vətəndaşları bu kreditdən yararlana bilməz. Krediti yalnız Azərbaycan ali təhsil müəssisələrində təhsil alan vətəndaşlarımız ala bilər".

Tarix
25 Noyabr 2021 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-25 13:51:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin