"Oğluma toy edirəm pul yığmıram. Efirdə yazdıracağın pulu demə. Özünü biabır edirsən. Bu boyda oğlan 200 manat Sevda Yahyayevanın toyuna pul yazdırıb".
Ucnoqta.az moderator.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. O, aparıcı Zaur Kamalın müğənni Sevda Yahyayevanın toyuna 200 manat yazdırmasını ələ salıb.
Oğlu Loğmana edəcəyi toydan söz açan Qafarzadə "Gəlin iştirak edin. Məni bir ata olaraq göylərə qaldırın. Pul bir yana, səni 200 manata görə çağırmıram. Pul xərclənir gedir, insana qalan hörmətdir" sözlərini söyləyib.
Zaur isə ona "Abbas gəldi soruşdu ki, nə qədər pul yazdıracaqsan. Mən də dedim 300 manat, sonra 200 yazdırdım. Bu Sevda pulu hardan alır? Bütün günü Dubay, başqa yer gəzir" cavabını verib.
Zaurun Sevdanın xaricə çox səyahət etməsi haqda dediklərinə Sevinc Səfərova "Yaxşı həyat yoldaşı seçib. Ona görə" reaksiyasını verib.
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurub.