Sumqayıtda 65 yaşlı qadın evində qətlə yetirilib
00:02 - 10 Noyabr 2021 - HADİSƏ
Sumqayıtda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.
Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.