Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 65 yaşlı qadın evində qətlə yetirilib

00:02 - 10 Noyabr 2021 tarixində dərc olunub.
Sumqayıtda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb. Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: