Masallıda dönərxana yanıb

08:42 - 5 Noyabr 2021 - HADİSƏ

Masallıda yanğın hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb. Dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti