Masallıda yanğın hadisəsi baş verib.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb. Dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.