Hacıqabulda "patı" əməliyyatı: Saxlanılanlar var

17:08 - 3 Noyabr 2021 - HADİSƏ

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri - Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər xətti