Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda "patı" əməliyyatı: <font color=red><b>Saxlanılanlar var</b></font>

17:08 - 3 Noyabr 2021 tarixində dərc olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri - Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Müəllif: