Goranboyda yük avtomobili piyadanı vurub

21:48 - 30 Oktyabr 2021 - HADİSƏ

Goranboy rayonundan piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rüfət Mirzəyev yolu qarşı tərəfə keçmək istəyərkən "Mercedes" markalı yük maşını onu vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti