Goranboy rayonundan piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rüfət Mirzəyev yolu qarşı tərəfə keçmək istəyərkən "Mercedes" markalı yük maşını onu vurub.
Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.