Göygöldə evdən 10 min manatlıq oğurluq edilib

13:28 - 25 Oktyabr 2021 - HADİSƏ

Göygöl rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Zurnabad kənd sakini R.Məmmədov saxlanılıb.

Xəbər xətti