Azarkeşlər "Barselona"nın baş məşqçisinə hücum etdilər

10:07 - 25 Oktyabr 2021 - İDMAN

"Barselona" komandasının baş məşqçisi Ronald Kuman "Real Madrid"ə uduzduqları İspaniya La Liqasının X tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qalıb.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, fanatlar stadiondan çıxarkən 58 yaşlı mütəxəssisin avtomobilinə hücum ediblər.

Tərəfdarlar onu mühasirəyə alıb və avtomobilini vurmağa başlayıblar. Azarkeşlər komandanın çıxışından narazı olduqlarını yüksək səslə bildiriblər.

Qeyd edək ki, "Barselona" El Klasikoda 1:2 hesabı ilə məğlub olub. Kataloniya təmsilçisi 9 oyundan 15 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti