Prezident DSX-nin Zəngilanda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar.

Ucnoqta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb.

Dövlətimizin başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olundu. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.


20.10.2021

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

Tarix
21 Oktyabr 2021 [11:37]
Müəllif
Üç nöqtə
2021-10-21 11:37:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin