Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

Parlamentdən Ucnoqta.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

S.Qafarova konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, əməkdaşlığımızın gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 22-də başa çatacaq.

Tarix
19 Oktyabr 2021 [17:34]
Müəllif
Üç nöqtə
2021-10-19 17:34:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin