Ağcabədidə FACİƏ: Paltarı dəzgaha ilişən gəncin boynu sındı

23:59 - 17 Oktyabr 2021 - HADİSƏ

Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.

Həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.

Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti