Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə<font color=red><b> FACİƏ:</b></font> Paltarı dəzgaha ilişən gəncin boynu sındı

23:59 - 17 Oktyabr 2021 tarixində dərc olunub.

Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.

Həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.

Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: