Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb - Foto

21:38 - 17 Oktyabr 2021 - HADİSƏ

Bərdədə baş verən yol qəzası nəticəsində 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdı.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə Bərdə rayonunun Mirzəxanlı kəndində baş verib. Yolla hərəkətdə olan "VAZ"və "Opel" markalı minik avtomobilləri bir birinə çırpılıb.

Faktla bağlı araşdırma işləri başlanıb.


Xəbər xətti