Bərdədə baş verən yol qəzası nəticəsində 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdı.
Trend-in yerli bürosunun məlumatına görə, hadisə Bərdə rayonunun Mirzəxanlı kəndində baş verib. Yolla hərəkətdə olan "VAZ"və "Opel" markalı minik avtomobilləri bir birinə çırpılıb.
Faktla bağlı araşdırma işləri başlanıb.