“WhatsApp” yeni funksiyanı işə salır - FOTO

“WhatsApp” messenceri rezerv nüsxələri “e2ee” (“end-to-end encryption”) üsulu ilə şifrələməyə başlayıb.

Bu barədə şirkət özünün “Twitter” hesabında məlumat yayıb.

Qeyd edək ki, tətbiq artıq “e2ee”  şifrələmədən istifadə edir. Ancaq əvvəllər telefon itdiyi və ya kiberhücum baş verdiyi zaman danışıqların “Google Disk” və ya “iCloud”da olan rezerv nüsxələri qorunmurdu.

Yeni funksiya sayəsində istifadəçi çatın ehtiyat nüsxələrini harada saxlamasından asılı olmayaraq “e2ee” şifrələməni həyata keçirə biləcək. Eyni zamanda şifrəli ehtiyat nüsxəsi üçün parol təyin etmək və ya 64 rəqəmli açar istifadə etmək olar. ///oxu.az

Tarix
16 Oktyabr 2021 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-16 15:48:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin