Novxanıda istirahət mərkəzi YANIB

00:52 - 15 Oktyabr 2021 - HADİSƏ

Abşeron rayonunun Novxanı kəndində yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər xətti