Ucnoqta.az
www.ucnoqta.az

Novxanıda istirahət mərkəzi <font color=red><b>YANIB</b></font>

00:52 - 15 Oktyabr 2021 tarixində dərc olunub.

Abşeron rayonunun Novxanı kəndində yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif: