Bu marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib

10:43 - 14 Oktyabr 2021 - Cəmiyyət

Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə əsasən, sabahdan marşrut xəttinin ərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.

Xəbər xətti