Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var? - AÇIQLAMA

"Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev məktəb yaşının 5-ə qədər azaldılmasını təklif edib. Erkən uşaq inkişafı və məktəbə tez başlamanın vacib məsələ olduğunu vurğulayan nazir, uşaqların 1-5 yaşında bağçaya gedə bildiklərini bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunduğunu qeyd edib.

Bəs Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Mövcud qanunvericiliyə görə ölkəmizdə icbari təhsilə cəlb edilmə 6 yaşdan başlayır:

“Lakin buna baxmayaraq 2016-cı ildən 5 yaşlı uşaqlar könüllü olaraq məktəbəhazırlıq qruplarına cəlb edilirlər və hal-hazırda 95 000 nəfər 5 yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib. Bundan başqa üç və dörd yaşlı uşaqlar üçün icma əsaslı hazırlıq mərkəzləri 50 rayonda pilot şəklində fəaliyyətə başladıqdan sonra əlavə olaraq 50 mərkəz yaradılıb və hal-hazırda bu mərkəzlər ölkə üzrə 3.000 uşağı əhatə edir. Bu rəqəmlər onu deyir ki, təhsil almanın yaşının azaldılması və bunun icbari olması o qədər də bizim üçün yeni bir ifadə deyil və təhlükəli sayılmır”

Ekspert qeyd edib ki, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən təhsil inkişafı üzrə dövlət staregiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir:

“12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, 1 il əlavə oxumaq lazım olacaq. Əvəzində isə təhsil naziri vəziyyətin həm çıxış yolu kimi, həm də öyrənmənin daha erkən yaşa çəkilməsi üçün uşaqları kiçik yaşlardan təhsilə cəlb etməyi təklif edib.

Bu, çox doğru yanaşmadır. Təhsili öndə olan dünya reytinqli ölkələrdə təhsilə cəlb edilmə daha erkən yaşlarda başlayır. Bu, ölkənin iqdisadi inkişafı üçün çox vacib amildir.Baxırıq ki, məktəbə hazırlıq qruplarına gedən uşaqla getməyən uşaqların tədris göstəricisi kifayət qədər fərqlidir. 5 yaşdan gedənlər daha uğurludurlar, mənimsəmələri daha yaxşıdır.

Hesab edirəm ki, uşaqlar 5 yaşda məktəblərə cəlb edilsə, bu, orta məktəbdə müəllimlərin sayının artmasına, iş yerlərinin olmasına, ölkə iqdisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxaracaq”

Onun sözlərinə görə, Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir:

“Reallıq ondan ibarətdir ki, valideynlər narahatdırlar. Amma həmin valideynlər övladlarını 2-3 yaşdan etibarən uşaq bağçalarına qoyurlar. Bu gün monitorinq aparsaq görərik ki, 3 ya 4 yaşda uşaqların bəziləri valideynlərinin təkidi ilə oxumağı, yazmağı, şeir əzbərləməyi bilirlər.

Sadəcə təhsil nazirinin "uşaqları erkən yaşdan məktəbə cəlb etmək lazımdır" fikri ibtidai sinif proqramlarının yumşaldılmasına hesablanıb. Bu gün hər birimiz ibtidai siniflərdə tədris proqramlarının ağırlığını bilirik və narahatıq. Amma biz artıq birinci sinfin işini daha erkən yaşda uşaqlara çatdırmalı olacağıq.”

Ekspert həmçinin bildirib ki, icbari təhsil 6 yaşdandır, amma biz 5 yaşdan etibarən bunu uşaqlara aşılasaq, artıq uşaqlar o yaşda oxumağı, yazmağı biləcəklər, ibtidai sinif proqramı isə sadələşəcək:

“Biz məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmirik. 12 illiyə keçmək istəyiriksə, artıq məktəbə hazırlıq icbari olmalıdır. Öyrənmənin daha erkən yaşlara çəkilməsində heç bir problem yoxdur. Onsuz da bu gün uşaqlar hazırlıqlara gedirlər. Valideynlərin də əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vaxtları olacaq”.

 

Tarix
14 Oktyabr 2021 [10:00]
Müəllif
Üç nöqtə
2021-10-14 10:00:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin