Gədəbəydə polis yol qəzasında ölüb - FOTO

23:01 - 13 Oktyabr 2021 - HADİSƏ

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü - 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.///apa


Xəbər xətti