Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə polis yol qəzasında ölüb - <font color=red><b>FOTO</b></font>

23:01 - 13 Oktyabr 2021 tarixində dərc olunub.

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü - 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.///apa

Müəllif: