Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirdikləri oyunu dəyərləndirib.
Ucnoqta.az xəbər verir ki, italiyalı çalışdırıcı 1:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında belə danışıb:
“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. İnkişaf var. Qısa zamanda komanda yaratmaq asan deyil. Hər şeyi təhlil edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinləşdirir".