Rusiya vətəndaşı Siyəzəndə itkin düşdü - FOTO

21:28 - 11 Oktyabr 2021 - HADİSƏ

Siyəzənə qardaşının yanına gələn Rusiya vətəndaşı itkin düşüb. 

APA-nın məlumatına görə, 1961-ci il təvəllüdlü Musayev Əmirağa Şirinbala oğlu bu ilin avqust ayının 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin şəxsi tapmaq mümkün olmayıb.

Şəkildə gördüyünüz şəxs barəsində məlumatı olan şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, (055) 211-55-62 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Xəbər xətti