Siyəzənə qardaşının yanına gələn Rusiya vətəndaşı itkin düşüb.
APA-nın məlumatına görə, 1961-ci il təvəllüdlü Musayev Əmirağa Şirinbala oğlu bu ilin avqust ayının 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin şəxsi tapmaq mümkün olmayıb.
Şəkildə gördüyünüz şəxs barəsində məlumatı olan şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, (055) 211-55-62 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.