Goranboyda yol qəzası olub - iki nəfər xəsarət alıb

20:44 - 3 Oktyabr 2021 - HADİSƏ

Goran -Tərtər avtomobil yolunun Məşədiqaralar kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində xəsarət alan iki nəfər – Samux rayon sakini, 1984-cü il təvəllüdlü Nəbiyeva Elnurə Ruzvet qızı və Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Mirzəyev Canbala Kamil oğlu xəstəxanaya yerləşdiriliblər.

Sağlamlıq durumu daha ciddi olan Elnurə Nəbiyeva Gəncədəki klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti