Goran -Tərtər avtomobil yolunun Məşədiqaralar kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində xəsarət alan iki nəfər – Samux rayon sakini, 1984-cü il təvəllüdlü Nəbiyeva Elnurə Ruzvet qızı və Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Mirzəyev Canbala Kamil oğlu xəstəxanaya yerləşdiriliblər.
Sağlamlıq durumu daha ciddi olan Elnurə Nəbiyeva Gəncədəki klinikalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.///apa