Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.
Ucnoqta.az xəbər verir ki, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində qeydə alınıb. Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub. İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb. Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib.
Qadın hadisə yerində keçinib. Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 'xüsusi amansızlıqla qəsdən adam öldürmə' maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.