Ucnoqta.az
www.ucnoqta.az

Polis uşaqlarının gözü qarşısında arvadına 15 dəfə atəş açıb... -<font color=red><b> VİDEO</b></font>

08:54 - 1 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.

Ucnoqta.az xəbər verir ki, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində qeydə alınıb. Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub. İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb. Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib.

Qadın hadisə yerində keçinib. Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 'xüsusi amansızlıqla qəsdən adam öldürmə' maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Müəllif: