Son sutkada peyvənd olunanların sayı açıqlanıb - Foto

15:45 - 18 Sentyabr 2021 - Xəbər

Azərbaycanda bu gün 61 657 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 431 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 925 249, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 605 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 319 291 nəfər təşkil edir.


Xəbər xətti