İmişlidə 33 yaşlı kişi qətlə yetirilib
08:51 - 18 Sentyabr 2021 - HADİSƏ
İmişlidə qətl hadisəsi törədilib.
“Report”un məlumatına görə, hadisə Cahar kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.
Hadisənin başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.