Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib

08:51 - 18 Sentyabr 2021 tarixində dərc olunub.
İmişlidə qətl hadisəsi törədilib. “Report”un məlumatına görə, hadisə Cahar kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib. Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Müəllif: