Ağstafada 17 yaşlı oğlan bıçaqlanıb

14:42 - 15 Sentyabr 2021 - HADİSƏ

Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə rayonun Xılxına kəndində qeydə alınıb. Belə ki, 2005-cı il təvəllüdlü A.Məmmədov 17 yaşlı F.Qasımova bir neçə bıçaq zərbəsi vurub. Daha sonra F.Qasımov xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə şəxsi münasibətlər zəmnində baş verib.

A.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti