Rusiyada “KamAZ”la minik avtomobili toqquşub - 3 nəfər ölüb

00:56 - 12 Sentyabr 2021 - HADİSƏ

Rusiyanın Saratov vilayətində biri uşaq olmaqla, 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Puqaçov-Perelyub avtomagistralının 2-ci kilometrində “Lada Granta” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində, minik maşının sürücüsü, 2014-cü il təvəllüdlü uşaq olmaqla 2 sərnişin hadisə yerində dünyasını dəyişib.

Regional Yol Polisi İdarəsindən bildirilib ki, hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

Xəbər xətti