Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada “KamAZ”la minik avtomobili toqquşub -<font color=red><b> 3 nəfər ölüb</b></font>

00:56 - 12 Sentyabr 2021 tarixində dərc olunub.

Rusiyanın Saratov vilayətində biri uşaq olmaqla, 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Puqaçov-Perelyub avtomagistralının 2-ci kilometrində “Lada Granta” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində, minik maşının sürücüsü, 2014-cü il təvəllüdlü uşaq olmaqla 2 sərnişin hadisə yerində dünyasını dəyişib.

Regional Yol Polisi İdarəsindən bildirilib ki, hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

Müəllif: