AzTU-nun müəllimi koronavirusdan vəfat etdi - FOTO

19:26 - 6 Sentyabr 2021 - HADİSƏ

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova 52 yaşında koronavirusdan vəfat edib.

Bu barədə Ucnoqta.az-a AzTU-dan məlumat verilib.

Rəna Əhədova 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. Elə həmin ildən 2021-ci ilə qədər AzTU-da voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb. AzTU-nun rəhbərliyi və kollektivi Rəna Əhədovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!


Xəbər xətti