Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova 52 yaşında koronavirusdan vəfat edib.
Bu barədə Ucnoqta.az-a AzTU-dan məlumat verilib.
Rəna Əhədova 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. Elə həmin ildən 2021-ci ilə qədər AzTU-da voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb. AzTU-nun rəhbərliyi və kollektivi Rəna Əhədovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!