Ucarda ev yanıb, xəsarət alan var - FOTO

23:58 - 3 Sentyabr 2021 - HADİSƏ

Ucar rayonunun Alpout kəndində ev yanıb.

APA -nın xəbərinə görə, kənd sakini, 1961-ci il təvəllüdlü Tahir Babalı oğlu Abbasova məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 210 kvadrat olan evdə güclü yanğın baş verib.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı Tahir Abbasovun qonşusu, 1976 -cı il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov həyətdəki 2 "Qazel" markalı yük maşınını yanğından mühafizə etmək məqsədi ilə ərazidən kənarlaşdırmaq istəyərkən xəsarət alıb.

Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Fakt araşdırılır.


Xəbər xətti