Ucnoqta.az
www.ucnoqta.az

Ucarda ev yanıb, xəsarət alan var - <font color=red><b>FOTO</b></font>

23:58 - 3 Sentyabr 2021 tarixində dərc olunub.

Ucar rayonunun Alpout kəndində ev yanıb.

APA -nın xəbərinə görə, kənd sakini, 1961-ci il təvəllüdlü Tahir Babalı oğlu Abbasova məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 210 kvadrat olan evdə güclü yanğın baş verib.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı Tahir Abbasovun qonşusu, 1976 -cı il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov həyətdəki 2 "Qazel" markalı yük maşınını yanğından mühafizə etmək məqsədi ilə ərazidən kənarlaşdırmaq istəyərkən xəsarət alıb.

Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Fakt araşdırılır.

Müəllif: