Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb - FOTO

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Göygöl rayon sakini Camal Həmzəyev Gəncə şəhərində saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Orxan Abdullayev saxlanılan zaman onun üzərindən narkotik maddə olan “patı” aşkar edilərək götürülüb.

Sonuncunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman isə oradan “metamfetamin” və “tiryək” aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
5 Avqust 2021 [10:17]
Müəllif
Üç nöqtə
2021-08-05 10:17:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin